“Azərpoçt” ötən il nə qədər mənfəət əldə edib?

“Azərpoçt” ötən il 4,6 milyon manat xalis mənfəət əldə edib.

Bunu “Azərpoçt” MMC-nin təşəbbüsü ilə keçirilən “2023-Hesabat” tədbirində MMC-nin İdarə heyətinin sədrinin vəzifələrini müvəqqəti icra edən İsi Mustafayev deyib.

O bildirib ki, ötən il Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin əməliyyat mənfəəti (EBİTDA) 11,5 milyon manat, xalis mənfəəti isə 4,6 milyon manat təşkil edib.

“Ötən il ərzində Cəmiyyətin həm gəlirləri, həm də xərcləri təxminən 10% artaraq, müvafiq olaraq 72,3 milyon manata və 67,5 milyon manata çatıb.

Xərclərin artımının əsas hissəsi əməkhaqqı xərclərinin payına düşüb. Bu da 2023-cü ilin əvvəlində minimum əməkhaqqının 17% artımı ilə bağlıdır”, – deyə o qeyd edib(trend).

Əvvəlki məqalə

Cəbrayıl şəhərinin mərkəzində yaşayış kompleksi inşa olunur

Sonrakı məqalə

AŞPA-dakı son təxribat bu qurumun islamofob mahiyyətini bir daha üzə çıxardı