Azərbaycan enerji layihələrinin müdafiəsi üçün Qərbdən dəstək istədi –Tovuz təxribatının səbəbi (AÇIQLAMA)

Azərbaycan Ermənistanla sərhəddəki hərbi əməliyyatlara görə, Avropa bazarına idxal olunan neft və qaz kəmərlərinin risk altına düşdüyünü bəyan edib.

Azpost.info bildirir ki, bu barədə Röyter Agentliyi SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovun ABŞ-a məxsus “The Caspian Policy Center” adlı analitik mərkəzinin təşkil etdiyi onlayn konfransda çıxışına istinadən məlumat yayıb.

O deyib ki, Azərbaycanın Ermənistanla sərhəd bölgəsində baş verən son olaylardan sonra Avropa bazarına çıxarılan Azərbaycan neft və qazının daşınması risk altına düşüb. Elşad Nəsirov qeyd edib ki, Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Supsa neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz kəməri və digər xətlər hazırda hərbi əməliyyatlar baş verən ərazinin yaxınlığından keçir.

E.Nəsirovun sözlərinə görə, Cənub Qaz Dəhlizinin son sahəsi olan, özündə iki digər boru xəttini birləşdirən Transadriatik boru kəmərinin (TAP)-ın başa çatmasından sonra Avropanın Rusiya qazından asılılığı azalacaq.

“Boru kəməri oktyabr-noyabr aylarında hazır olacaq”-deyə o bildirib.

Elşad Nəsirov Qərb ölkələrinə müraciət edərək onları Azərbaycanın enerji ixracının müdafiəsi üçün dəstək verməyə çağırıb.

Rəsmi Bakı Tovuz döyüşlərindən sonra ilk dəfə olaraq  Azərbaycanın tranzit kommunikasiyalarının nəzarət altına almaq cəhdləri barədə danışır.

Azpost.info

https://mobile.reuters.com/article/amp/idUKKCN24J0SJ?fbclid=IwAR1dFdnWhSvaWmsUU7qkyPjSFl9ke7q8bpA9tOFdpQBqteDTJrxLWMOPn-I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycana istədiyi silah və texnikanı göndərə bilərik” –

Sonrakı məqalə

Sabahın hava proqnozu açıqlanıb