Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Bakıda keçirilən Dünya Kubokunda finala yüksəlib.

İdmançı lentlərlə hərəkətdə həlledici mərhələdə iştirak hüququ qazanıb. O, yarışın ikinci günündə ümumilikdə 125.850 xal toplayaraq, adını ilk “səkkizliy”ə yazdırıb. Digər gimnastımız Kamilla Seyidzadə isə ümumi təsnifatda (118.450 xal) 23-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Zöhrə Ağamirova ötən gün halqa ilə hərəkətdə də adını finala yazdırıb. Turnirə aprelin 21-də yekun vurulacaq(azərtac).

Əvvəlki məqalə

“Ermənistan və Azərbaycan arasında razılaşmanı alqışlayırıq”

Sonrakı məqalə

Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayırıq –