Azərbaycan hərbçilərinin diri-diri boğazları, qulaq və burunları kəsilib –Baş Prokurorluq

“Vətən müharibəsi dövründə Azərbaycana təhvil verilmiş çoxsaylı hərbi qulluqçularımızın nəşləri tərəfimizdən ekspertizadan keçirilib. Həmin nəşlər üzərində xüsusi qəddarlıq, amansız rəftar əlamətləri, bir neçəsinin diri-diri boğazının kəsilməsi, üz dərisinin soyulması, qulaq seyvanlarının, burunlarının kəsilməsi kimi qəddarlıqların şahidi olmuşuq”.

Bunu bu gün Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə keçirilən “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda konfransda Baş Prokurorluğun istintaq İdarəsinin rəisi Nemət Əvəzov bildirib.

Nemət Əvəzov deyib ki, cinayət işlərinin faktlarında bu materiallar öz təsdiqini tapır: “Niyə bunlara reaksiya vermirlər? Çünki ikili standartlar buna imkan vermir”.

Əvvəlki məqalə

Mövlam Şixəliyevin cəzasının ağırlaşdırılması tələb olunur

Sonrakı məqalə

Lukaşenko ordu və təhlükəsizlik qüvvələrini topladı