Azərbaycan məscidlərində zəlzələ qurbanları üçün cənazə namazı qılınıb

Azərbaycanın məscidlərində Türkiyədə zəlzələ qurbanlarının ruhlarına Quran oxunub.

Məscidlərdə qiyabi meyit namazları qılınıb. Namazlarda yüzlərlə şəxs iştirak edib.

Qeyd edək ki, Türkiyədə zəlzələdə ölənlərin sayı 18 342 nəfərə çatıb, 74 242 nəfər yaralanıb. Zəlzələ nəticəsində bu günə qədər 4 nəfər Azərbaycan Respublikası vətəndaşının – 1980-ci il təvəllüdlü Bünyatova Nailə Aydın qızı, 1973-cü il təvəllüdlü Məmmədova (Ökten) Rəna Xudaverdi qızı, 1975-ci il təvəllüdlü Məmmədova Sevinc Eldar qızı və 1976-cı il təvəllüdlü Karlı Leyla Vahid qızının vəfatı barədə məlumat mövcuddur. Karlı Leyla Vahid qızının cənazəsi ailəsi tərəfindən Türkiyədə dəfn ediləcək, digər 3 nəfərin cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Əvvəlki məqalə

“Cücələrim”i oxuyan qızcığaz, “Ulduz”un “Yetər”i və mühəndis –

Sonrakı məqalə

Təxliyə avtobusu saat 17.00-da Adanadan Azərbaycana yola düşəcək –