Azərbaycan nümayəndə heyəti Xocalıda Sülhməramlıların komandanlığına xəbərdarlıq edib

Monitorinq qrupunun Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri normal şəraitdə baş tutdu.

Bunu APA-ya İqtisadiyyat Nazirliyinin nümayəndəsi Məsim Məmmədov görüşdən sonra bildirib.

Onun sözlərinə görə, monitorinq qrupu aidiyyəti üzrə fikirlərini bildirib və təkliflərini təqdim edib.

Nazirlik nümayəndəsi qeyd edib ki, təbii ehtiyatların qanunsuz istismarına, yataqların qeyri-qanuni işlənməsinə imkan verilməyəcəyi Rusiya sülhməramlılarının komandanlığının diqqətinə çatdırılıb.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupunun Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri başa çatıb. Monitorinq qrupunun Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovla danışıqları sülhməramlıların Xocalıdakı qərargahında baş tutub.

Əvvəlki məqalə

“Qarşımı kəsə bilməzsən, bura bizim torpaqlardır…”-

Sonrakı məqalə

“Rusiya yazda daha böyük hücuma başlamaq üçün münaqişəni dondurmağa çalışır”