Azərbaycan Prezidenti Putinə təbrik məktubu göndərib

Böyük məmnuniyyətlə Azərbaycan-Rusiya əlaqələrinin ruhunu və xarakterini əks etdirən, gələcək illər üçün çoxplanlı qarşılıqlı fəaliyyəti müəyyənləşdirən Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannaməni qeyd etmək istərdim.

Bu barədə Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubunda qeyd edilib.

“Əminəm ki, biz birgə səylərimizlə bundan sonra da gələcək əlaqələrimizin möhkəmlənməsinə, ticari-iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişlənməsinə xalqlarımızın və ölkələrimizin tərəqqisi naminə fəal kömək edəcəyik”, – məktubda vurğulanır.

Əvvəlki məqalə

Taksi ilə sərnişin daşımalarının necə həyata keçiriləcəyi açıqlanıb

Sonrakı məqalə

Azərbaycanda Türkiyə məhsulları ucuzlaşacaq?