“Regional “3+3” platforması getdikcə daha perspektivli olur”.
Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla danışıqları açarkən deyib.
“Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən regional platforma – “3+3” təşəbbüsü artıq formalaşır. Bu, perspektivli formatdır. Bu istiqamətdə gələcək addımlarla bağlı qiymətləndirmələrinizi eşitməkdən şad olaram”, – Lavrov bildirib.
Azərbaycan XİN rəhbəri dekabrın 5-də Moskvada keçiriləcək Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün dekabrın 4-də Rusiyaya işgüzar səfərə gedib.
Azpost.info