“Azərbaycan Qarabağ problemini effektiv şəkildə həll edib” –Boris Tadiç

Hər bir ölkə öz siyasətini qlobal iqtisadiyyatı nəzərə alaraq reallığa uyğun qurmalıdır. Azərbaycan özünün əsas problemini, yəni, Qarabağ münaqişəni effektiv şəkildə həll edib.

Bu fikirləri Serbiyanın sabiq Prezidenti Boris Tadiç VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qərbi balkanların qiymətləndirilməsi: İrəliyə doğru yol” adlı paneldə çıxışı zamanı söyləyib.

“Ölkələr regionun xəritəsinə dar çərçivədə deyil, geniş şəkildə baxmalıdır. Siyasət bir sıra digər məsələlərlə, o cümlədən kommunikasiyalar, iqtisadiyyat və digər sahələrlə əlaqəlidir. Hesab edirəm ki, böyük dünya ölkələri bölgələrin xarakterik xüsusiyyətlərini nəzərə alaraq siyasət yürütməlidir”.

Sabiq Prezident, həmçinin vurğulayıb ki, Serbiya dövlətinin Avropa ilə bağlı strategiyası bu ölkəyə uğur gətirib. Serbiyanın Avropa ilə münasibətləri uzun illər boyunca uğurlu olsa da, hazırda gələcəyimizin təhlükəsiz olmadığına dair Avropa İttifaqından siqnallar alırıq. Avropa İttifaqı Serbiyanın strateji və siyasi vəziyyətini dəyişir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

Şeyxülislam İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi ilə görüşüb