Azərbaycan səfiri NATO PA-nın Baş katibi ilə Ermənistanla normallaşma prosesini müzakirə edib

Azərbaycanın NATO-dakı Daimi Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə NATO Parlament Assambleyasının Baş katibi Ruxandra Popa ilə görüşüb.

Bu barədə azərbaycanlı diplomat “Twitter” hesabında bildirib.

“Görüşdə Azərbaycan Parlamenti və NATO Parlament Assambleyası arasında əməkdaşlıq, may ayında NATO PA-nın Lüksemburqda keçirilən yaz sessiyasında Azərbaycan Parlamentinin üzvlərini iştirakı, eyni zamanda, bu ilin payızında ATƏT PA-nın Danimarkada keçiriləcək illik payız sessiyası barədə danışdıq.

Biz, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, Şərqlə Qərb arasında tranzit və əlaqələnmədə Azərbaycanın rolu, o cümlədən Azərbaycan-Ermənistan arasında normallaşma prosesi ilə bağlı fikir mübadiləsi apardıq”, – Cəfər Hüseynzadə paylaşımında qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.