“Azərbaycan səfirliyinə hücum qəbuledilməz və həyasızcasına bir haldır”- Ukrayna səfiri

“Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə hücumlar sistematik xarakter alır”.

APA xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski “Facebook” hesabında bildirib.

“Təəssüf ki, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə hücumlar sistematik xarakter alır: bu gün Tehranda oxşar hadisə baş verib. Bu, dərin narahatlıq doğuran qəbuledilməz və həyasızcasına bir haldır. Azərbaycan səfirliyinə hücum faktı lazımınca araşdırılmalı, təqsirkar şəxslər məsuliyyətə cəlb edilməlidir. Cəzasızlıq yeni cinayətlərə yol açır”, ukraynalı diplomat vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.