Azərbaycan-Türkiyə-Türkmənistan sammitində bu məsələ müzakirə ediləcək

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində, həmçinin, iki, üç, dördtərəfli formatda əməkdaşlığımızı gücləndiririk.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Avazada Azərbaycan-Türkiyə-Türkmənistan XİN rəhbərlərinin iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, sabah baş tutacaq Azərbaycan-Türkiyə-Türkmənistan Zirvə görüşündə energetika, kommunikasiya, ticarət, gömrük və digər sahələr üzrə müzakirələr aparılacaq və bölgənin həyatına təsir edəcək effektiv addımlar atılacaq. (APA)

Əvvəlki məqalə

Aİ Bosniya və Herseqovinaya namizəd ölkə statusu verdi

Sonrakı məqalə

MEDİA-da iordaniyalı media mütəxəssisi ilə görüş olub