Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlıları birgə təlimlərə başladı- VİDEO

Bu gün Gürcüstanın Muxrovani hərbi bazasında Gürcüstan, Türkiyə və Azərbaycan xüsusi təyinatlı qüvvələrinin “Qafqaz Qartalı 2022” təlimlərinin təntənəli açılışı olub. 

Azpost.info xəbər verir ki, açılış mərasimində Gürcüstan Müdafiə Qüvvələri komandanının müavini – briqada generalı İrakli Çiçinadze və Müdafiə Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı polkovnik Teymuraz Klateişvili çıxış edərək iştirakçılara uğurlar arzulayıblar.

Mərasimdə Türkiyənin hərbi attaşesi – polkovnik-leytenant Burak Altıner və Azərbaycanın hərbi attaşesi polkovnik Fuad İbrahimov da iştirak ediblər.

Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, təlimin məqsədi Gürcüstan, Azərbaycan və Türkiyə müdafiə qüvvələrinin xüsusi əməliyyat bölmələrinin xüsusi təyinatlı qüvvələrinin imkanlarının sinxronlaşdırılması və əlaqələndirilməsini dərinləşdirmək, həmçinin təcrübə mübadiləsi etməkdir.

Bundan başqa, “Qafqaz Qartalı 2022” təlimində iştirak edən xüsusi təyinatlılar tibbi hazırlıq, yaşayış məntəqələrində döyüş əməliyyatları və xüsusi əməliyyatlar üzrə təcrübələrini bölüşəcəklər.

Gürcüstan, Azərbaycan və Türkiyə xüsusi təyinatlı qüvvələrinin “Qafqaz Qartalı 2022” üçtərəfli təlimləri hər üç ölkədə rotasiya qaydasında hər il keçirilir. Ötən il təlimlərə Türkiyə ev sahibliyi edib.

Azpost.info

Əvvəlki məqalə

“Biz nəzərdə tutulmuş işləri daha tez reallaşdırmaq niyyətindəyik” –

Sonrakı məqalə

“Qiyməti 1 manat olan dərman 150 manata satılır…” –