Azərbaycan və Ermənistan xarici işlər nazirləri nə vaxt görüşəcək?- Rusiya XİN AÇIQLADI

Mayın 19-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvada sülh müqaviləsi üzrə ikitərəfli danışıqlar aparacaqlar.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.

“Mayın 19-da Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov və Azərbaycanın, Ermənistan xarici işlər naziri arasında üçtərəfli və ayrıca ikitərəfli görüşlər keçiriləcək”, -Zaxarova deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazdakı dinamik vəziyyəti nəzərə alaraq Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılması perspektivlərini nəzərdən keçirəcəklər. Bundan başqa, mayın 19-da Rusiyanın xarici işlər naziri Sergey Lavrovla üçtərəfli görüşlər keçiriləcək.

Azpost.info

 

Əvvəlki məqalə

“Günay Bank”ın ləğvi sual doğurur…” –

Sonrakı məqalə

Nikahların sayı azalıb, boşanmaların sayı çoxalıb