Azərbaycan XİN Mərakeşə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi güclü zəlzələ nəticəsində çoxlu sayda ölümün qeydə alınması ilə bağlı Mərakeşə başsağlığı verib.

Bu barədə Azərbaycan XİN “X” platformasında məlumat yayıb.

“Mərakeşdə baş verən zəlzələ nəticəsində insan tələfatı bizi dərindən kədərləndirdi. Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların hamısına tezliklə şəfa diləyirik. Bizim dəstəyimiz Mərakeş hökuməti və xalqı ilədir”, paylaşımda qeyd olunub.

Xatırladaq ki, sentyabrın 8-dən 9-na keçən gecə Mərakeşdə 6.8 bal gücündə zəlzələ olub. İndiyə qədər 632 nəfərin öldüyü, 329 nəfərin xəsarət aldığı bildirilib.

Əvvəlki məqalə

Rumıniya və ABŞ dəniz təlimləri keçirəcək

Sonrakı məqalə

Nazirlikdən gözlənilən hava şəraiti ilə bağlı