Azərbaycana avtomobil idxalı kəskin bahalaşıb

Bu ilin birinci rübündə avtomobil idxalına görə Azərbaycandan 314 milyon 994 min  dollar həcmində valyuta çıxarılıb.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən idxal edilən avtomobillər 20 799 ədəd təşkil edib.  Nəqliyyat vasitələrinin idxalı ötən ilin ilk rübü ilə müqayisədə dəyər ifadəsində 125 milyon 640 min dollar və ya 1.7 dəfə, miqdar ifadəsində isə 3 min 697 ədəd və ya 21.6% artıb.

Qeyd edək ki, ötən il Azərbaycan 189 milyon 355 min dollar dəyərində 17 102 ədəd avtomobil idxal edib.

Əvvəlki məqalə

Yumurta yemək yaddaşı gücləndirir

Sonrakı məqalə

İrəvandan qayıdan Azərbaycan atletləri Tbilisidən Bakıya yola salınıb