Azərbaycanda bank kartlarının istifadə müddəti uzadılıb- 30 sentyabradək

Azərbaycanda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə çərçivəsində insanların kütləvi toplanış və təmas yerlərinin, eləcə də bununla əlaqədar olan işlərin, proseslərin minimallaşdırılması tədbirləri həyata keçirilir və bu tədbirlərin təmin edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankə (AMB) tərəfindən də daimi əsasda müvafiq addımlar atılır.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, bankların filial və şöbələrində, eləcə də bankomatların qarşısında vətəndaş sıxlığının idarə olunması məqsədilə əmək pensiyalarının, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərinin, eləcə də ünvanlı dövlət sosial yardımları üzrə istifadə müddəti başa çatan aktiv müştərilərin ödəniş kartlarının istifadə müddətinin 30 sentyabr 2020-ci il tarixinədək artırılması üçün Mərkəzi Bankı tərəfindən müvəkkil banklara müraciət olunub. Həmin müraciət müvəkkil banklar tərəfindən təmin olunaraq müvafiq ödəniş kartlarının istifadə müddəti avtomatik olaraq uzadılıb.

Eyni zamanda, Mərkəzi Bank tərəfindən banklara müştərilərin istəyi ilə yeni emissiya edilmiş ödəniş kartlarının bankların texniki imkanları və təhlükəsizlik tələbləri nəzərə alınmaqla kuryer vasitəsilə ünvana çatdırılması xidmətlərinin göstərilməsi də tövsiyə olunub.

Qeyd edək ki, pandemiya ilə əlaqədar olaraq cari ilin mart ayında da Mərkəzi Bank tərəfindən müvəkkil banklara adıçəkilən ödəniş kartlarının istifadə müddətinin artırılması ilə bağlı müraciət ünvanlanmış və həyata keçirilən tədbirlər sayəsində bank-müştəri təmasları mümkün qədər azaldılıb.

Məlumat üçün bildiririk ki, hüquqi və fiziki şəxslər Mərkəzi Bankın səlahiyyətlərinə aid məsələlər barədə Mərkəzi Bankın “966” qaynar xəttinə zəng edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

AzTV-də COVID-19-a yoluxanların sayı açıqlanıb

Sonrakı məqalə

Aİ Şurası Rusiyaya tətbiq etdiyi sanksiyaların müddətini uzadıb