Azərbaycanda daha 180 nəfər COVID-19-a yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 180 yeni yoluxma faktı qeydə alınıb, 269 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 2 nəfər ölüb.

Azərbaycanda indiyədək ümumilikdə 819 518 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 807 967 nəfər müalicə olunaraq sağalıb, 9 886 nəfər vəfat edib, aktiv xəstə sayı 1 665 nəfərdir.

Ölkədə son sutka ərzində 2 718, hazırkı dövrədək isə 7 215 763 test aparılıb.

Əvvəlki məqalə

“İrəli sürülən ittihamlar əsassız, ədalətsiz və qəbuledilməzdir” –

Sonrakı məqalə

“Məni də xarici agent elan edin!” –