Azərbaycanda daha 561 nəfər COVID-19-a yoluxub- Operativ Qərargah

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 561 yeni yoluxma faktı qeydə alınıb, 595 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 813 998 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 800 722 nəfər müalicə olunaraq sağalıb, 9 805 nəfər vəfat edib, aktiv xəstə sayı 3 471 nəfərdir.

Ölkədə son sutka ərzində 4 071, hazırkı dövrədək isə 7 159 317 test aparılıb.

Əvvəlki məqalə

Jurnalistlər Zabux və Sus kəndlərində olub

Sonrakı məqalə

Prezident İlham Əliyev İtaliya dövlət başçısı ilə görüşüb –