Azərbaycanda “Google Pay”dən istifadə mümkün olub

“Google Pay” yerli bankların sisteminə inteqrasiya olunub.

“APA-Economics”in əldə etdiyi məlumata görə, hazırda “Google Pay” funksiyası tam işləkdir və yaxın günlərdə banklar tərəfindən xidmətin istifadəyə verilməsinə dair məlumatlar təqdim ediləcək.

Qeyd edək ki, “Google Pay” nağdsız (təmassız) ödənişlərin aparılması üçün istifadə olunan proqram təminatıdır.

Sistem 2015-ci ilin sentyabrın 11-də yaradılıb və “Android” platformasında olan mobil telefonlar, planşetlər və digər ağıllı cihazlarda çalışır.

Əvvəlki məqalə

Şəkidə dağlıq ərazidə baş verən yanğın davam edir

Sonrakı məqalə

Laçında qondarma “erməni irsi” haradan ortaya çıxıb?