Azərbaycanda həbsdə olan 4 erməni hərbçi azad edilib-Ermənistana təhvil veriləcək

Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində olmaqda ittiham olunan 4 nəfər barəsində kassasiya şikayətinə baxılıb.

Ali Məhkəmənin yaydığı məlumata görə, onların kassasiya şikayəti qismən təmin edilib. Həmin şəxslərə verilən cəzalar azaldılıb və barələrində qəti olaraq 1 il 8 ay 25 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Ermənistan vətəndaşı olan 4 nəfərin cəza müddəti başa çatdığından onlar azadlığa buraxılıb.

Lakin hökmlərində qeyd edilib ki, cəza müddəti başa çatan şəxslər Azərbaycan hüdudlarından dərhal çıxarılmalıdır.

Qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş antiterror əməliyyatı nəticəsində tərksilah edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onlar 6 il müddətinə azadlıqdan məhrum edilib.

Əvvəlki məqalə

“Azərbaycan Sənaye Korporasiyası”nın Müşahidə Şurasına yeni sədr təyin olunub

Sonrakı məqalə

Azərbaycanda daha 396 nəfər COVID-19-a yoluxub –