Azərbaycanda həftəsonları taksilər işləməyəcək

Azərbaycanda tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində həftəsonları taksilər fəaliyyət göstərməyəcək.

Bunu “APA-Economics”ə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Günel Gözəlova deyib.

Onun sözlərinə görə, Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, fəaliyyətinə icazə verilən sahələr sırasında taksi xidmətinin olmaması bunu deməyə əsas verir.

“Fəaliyyətinə icazə verilən sahələr siyahısında taksi fəaliyyəti yer almayıb. İcazə verilməyənlərin siyahısında da ictimai nəqliyyat xüsusi qeyd olunub və taksi də ictimai nəqliyyatın bir növü olduğu üçün biz Operativ Qərargahın müvafiq qərarlarına istinad edib, deyirik ki, işləməyəcək”, – G. Gözəlova qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Qarşıdakı dövrdə can Azərbaycanın yanında olacağıq” –

Sonrakı məqalə

Azərbaycan Prezidenti xalqa müraciət edir –