Azərbaycanda hər sakin ərzaq məhsullarına aylıq nə qədər pul xərcləyir?- Statistika Komitəsi açıqladı

Bu ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 3,2% üstələyərək 3,1 mlrd. manata bərabər olub.

Dövlət Statistika Komitəsində “APA-Economics”ə verilən məlumata görə, ticarət dövriyyəsinin 1,6 mlrd. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,5 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2019-cu ilin yanvar ayına nisbətən real ifadədə müvafiq olaraq 2,7% və 3,6% artıb.

Məlumata görə, hesabat ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,8% ərzaq məhsullarının, 6,1% içkilər və tütün məmulatlarının, 17,6% toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6%  elektrik malları və mebellərin, 5,4% avtomobil yanacağının, 1,3% əczaçılıq və tibbi malların, 0,7% kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,1% isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2020-ci ilin yanvar ayında istehlak məhsullarının dəyər ifadəsində 23,6% ticarət müəssisələri, 49,2% fərdi sahibkarlar tərəfindən, 27,2% isə bazar və yarmarkalarda satılmışdır. 2019-cu ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 28,1%, fərdi sahibkarlar üzrə 0,8% artmış, bazar və yarmarkalarda isə 8,4% azalıb.

Hesabat ayında əhalinin bir nəfərinə düşən orta pərakəndə ticarət dövriyyəsi 309,1 manat və ya 2019-cu ilin müvafiq ayının göstəricisindən nominal ifadədə 15,3 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla 157,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 151,9 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakı və Abşeron İcra Hakimiyyətlərinin sürüşmə əraziləri ilə bağlı səlahiyyəti ləğv edilib

Sonrakı məqalə

Ramiz Mehdiyev AMEA-da 4 strukturu ləğv edib, yeni şöbələr yaradıb