Azərbaycanda inflyasiya səviyyəsi açıqlanıb

2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 113,2 % təşkil edib.

APA-Economics” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 118,9 %, qeyri-ərzaq məhsulları üzrə 107,2 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110 % təşkil edib. Bu ilin avqust ayında isə istehlak qiymətləri indeksi iyul ayına nisbətən 100,9 %, ötən ilin avqust ayı ilə müqayisədə 114,2 % olub.

Əvvəlki məqalə

Təhsil tələbə krediti:

Sonrakı məqalə

Birinci sinfə gedəcək şagirdlərin sayı açıqlandı