AZƏRBAYCANDA KARANTİN REJİMİ UZADILDI- Bu bölgələrdə evdən çıxmaq üçün SMS-lə icazə tələb olunacaq

Azərbaycanda xüsusi karantin rejimi avqustun 1-dək uzadılıb.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə məlumat verib.

O bildirib ki, karantin rejiminin avqustun 1-dək uzadılmasına qərar verilib.

Qərargah rəsmisi deyib ki, bununla da Azərbaycanın bir sıra şəhər və rayonlarında ciddi karantin rejimi tətbiq olunacaq: “Sərt karantin rejimi Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda tətbiq ediləcək. Həmin ərazilərdə evdən çıxmaq SMS icazə ilə mümkün olacaq”.

Onun sözlərinə görə,  Bakı metrosu xüsusi karantin rejimi müddətində işləyəcək,  bulvar və parklara giriş də məhdudlaşdırılmayacaq: “Ciddi karantin rejimi isə 21 iyun saat 00.00-dan 5 iyul saat 06.00-dək dövrü əhatə edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda 338 yeni koronavirus faktı aşkarlandı, 6 nəfər vəfat etdi

Sonrakı məqalə

Bir sıra şəhər və rayonlarda iki həftəlik sərt karantin rejimi tətbiq olunacaq