Azərbaycanda onkoloji xəstələrin sayı açıqlanıb

“Azərbaycanda onkoloji xəstələrin sayı artıb və 60 minə yaxınlaşıb”.

Bunu deputat Kəmaləddin Qafarov Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, hazırda 1600 nəfərə qədər onkoloji xəstə stasionar şəraitdə müalicə alır və müraciət edənlərin də sayı çoxdur:

“Onkoloji xəstələrin müalicəsi üçün vəsaitin artırılmasına ehtiyac var. Bu xəstəlik ya icbari tibbi sığortaya daxil edilməlidir, ya da bunun üçün ayrıca böyük büdcə ayrılmalıdır. Bu problemlə bağlı seçicilər tərəfindən olan müraciətlərin sayında da artımlar var”.

Əvvəlki məqalə

“Ermənistan bizim yaxın dostumuz və strateji müttəfiqimizdir”

Sonrakı məqalə

İran XİN başçısı ölkədə etirazlara səbəb olmuş qızın ölümündən danışdı