Azərbaycanda son sutkada 182 nəfər COVID-19-a yoluxub –145 nəfər sağalıb, 2 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 182 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 41 113 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 38 858 nəfər müalicə olunaraq sağalıb, 602 nəfər vəfat edib, aktiv xəstə sayı 1 653 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 261, ötən müddət ərzində isə ümumilikdə 1 150 658 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Madagizin Suqovuşan adlandırılması rəsmiləşdi –

Sonrakı məqalə

Azərbaycanın 50 siyasi partiyası Fransaya qarşı etiraz bəyanatını imzaladı