Azərbaycanda son sutkada 2146 nəfər COVID-19-a yoluxub –25 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2146 yeni yoluxma faktı qeydə alınıb, 838 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 259 476 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 237 338 nəfər müalicə olunaraq sağalıb, 3538 nəfər vəfat edib, aktiv xəstə sayı 18600 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 099, ötən müddət ərzində isə ümumilikdə 2 858 773 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda polis müqavimət göstərən şəxslərə atəş açdı, xəsarət alan var –

Sonrakı məqalə

“Azərbaycan Dəmir Yolları” QSC Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi –