Azərbaycanda son sutkada 2735 nəfər COVID-19-a yoluxub –1374 nəfər sağalıb, 28 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2735 yeni yoluxma faktı qeydə alınıb,  1374 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 89898 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 62243 nəfər müalicə olunaraq sağalıb, 1107 nəfər vəfat edib, aktiv xəstə sayı 26548 nəfərdir.

Ölkədə son sutka ərzində 16220, hazırkı dövrədək isə 1592280 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycanlı qardaşlarımızla birlikdə qələbənin sevincini yaşadıq” –

Sonrakı məqalə

Lavrovla Paşinyanın görüşündə Rusiya bayrağı niyə olmayıb? –