Azərbaycanda son sutkada 285 nəfər COVID-19-dan sağalıb, 132 nəfər yoluxub, 2 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 132 yeni yoluxma faktı qeydə alınıb, 285 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 231154 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 225246 nəfər müalicə olunaraq sağalıb, 3158 nəfər vəfat edib, aktiv xəstə sayı 2750 nəfərdir.

Ölkədə son sutka ərzində 6783, hazırkı dövrədək isə 2453083 test aparılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

Sonrakı məqalə

Metronun fəaliyyəti yalnız Operativ Qərargahın qərarına əsasən bərpa ediləcək –