Azərbaycanda son sutkada 67 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 67 yeni yoluxma faktı qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 822 171 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 811 701 nəfər müalicə olunaraq sağalıb, 9 927 nəfər vəfat edib, aktiv xəstə sayı 543 nəfərdir.

Ölkədə son sutka ərzində 1 780, hazırkı dövrədək isə 7 273 091 test aparılıb.

Əvvəlki məqalə

Azərbaycan və Türkiyə millilərinin rəqibləri müəyyənləşib –

Sonrakı məqalə

Ukrayna Ordusu Luqanskın 7 kəndini azad edib