Azərbaycanın qeyri-neft ixracı nə qədər artıb? –Mikayıl Cabbarov Tvitterdə açıqladı

“Bu ilin yanvar-aprel aylarında ilkin nəticələrə görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanın qeyri-neft ixracı 26,5% artıb”.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

Nazir bildirib ki, təkcə aprel ayında 62,5% artım qeydə alınıb.

“Azərbaycanda qeyri-neft ixracının təşviqi tədbirləri bu sahədə artımı sürətləndirib. Pandemiyanın təsirlərinə baxmayaraq, göstəricilər müsbətdir”, – nazir əlavə edib.

Qeyd edək ki, bu ilin I rübü ərzində Azərbaycanın ixracı 4,1 mlrd. ABŞ dolları, o cümlədən qeyri-neft sektoru üzrə 501,5 mln. dollar təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ Səfirliyi vəkillərin Kollegiyaya üzvlüyünün bərpasını alqışlayıb

Sonrakı məqalə

Səbail icra başçısının birinci müavini Xalidə Bayramova vəzifəsindən azad olundu