“Azərbaycanın tankı vurulmayıb” –Müdafiə Nazirliyi

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan müdafiə nazirinin mətbuat katibi Şuşan Stepanyanın guya Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan tankının vurulması barədə yaydığı məlumata münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı APA-ya açıqlamasında faktı təkzib edib: “Azərbaycanın tankı vurulmayıb. Bu yanlış məlumatdır. Azərbaycan Ordusunun bütün tankları sıradadır. Azərbaycan Silahlı Qüvvələrinin zirehli texnikası ön xətdə deyil. Azərbaycan tankları isə düşmən bölmələrinin vura bilməyəcəyi ərazidədir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tovuzun Dondar Quşçu kəndi mərmi atəşinə tutulub –

Sonrakı məqalə

Azərbaycana məxsus 13 PUA-nın guya vurulduğu barədə Ermənistanın məlumatını təkzib olundu