“Azərbaycanın Xarkovdakı Baş Konsulluğuna atəş açanlar tapılmalıdır” –Ukrayna XİN

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Xarkov şəhərindəki Baş Konsulluğunun binasının atəşə tutulmasını pisləyib.  

 Ukrayna XİN-in açıqlamasında deyilir: “Azərbaycan Respublikasının Xarkov şəhərində Baş Konsulluğunun binasının naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalmasını qəti şəkildə qınayırıq. Hüquq-mühafizə orqanları artıq lazımı istintaq hərəkətlərinə başlayıb. Günahkarlar tapılmalı və məsuliyyətə cəlb olunmalıdır”.

Qeyd edək ki, noyabrın 7-də saat 2.30 dəqiqədə Konsulluğun Yaroslavl Mudrı 7 ünvanında yerləşən binası atəşə məruz qalıb. Konsulluq binasına 6 atəş açılıb. Nəticədə pəncərələr və qapı qırılıb. Gecə ofisdə heç kim olmadığı üçün xəsarət alan olmayıb. Konsulluğun nəzarət kameraları əllərində səsboğucu tapançaya bənzəyən silahları olan iki gənci qeydə alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ağdam istiqamətində gedən döyüşlərdə düşmən itki verərək mövqelərini tərk edib –

Sonrakı məqalə

“Qarabağda qanunsuz məskunlaşdırma siyasətinin sübutları üzə çıxıb” –