“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını istəyirik” –HİKMƏT HACIYEV

“Azərbaycanın uğurlu əməliyyatı nəticəsində ərazilərini tamamilə azad etdi”.

Bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər” mövzusunda paneldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Dağlıq Qarabağ münaqişəsinə artıq son qoyulub, artıq Qarabağ Azərbaycanın daxili işidir: “Ancaq Ermənistan və Azərbaycan arasında birbaşa münasibət, əlaqə yoxdur. Zəngəzur dəhlizinin açılması regionda nəqliyyat əlaqələrinin bərpa olunmasını təmin edəcək. Azərbaycan Ermənistanla sərhədlərin delimitasiya və demarkasiyasına başlanmasını, sülh müqaviləsinin imzalanmasını istəyir. Bir daha vurğulamaq istəyirəm ki, Fransa və Almaniya arasında olduğu kimi Azərbaycanla Ermənistan arasında da sülh müqaviləsi imzalanmasını istəyirik”.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda Gürcüstanla birgə layihələr həyata keçirir, Ermənistanın da bu prosesə qatılmasını istəyir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir