Azərbaycanlı aktyor Türkiyədə silahlı atışmada öldürülübVİDEO

Azərbaycanlı aktyor Kamran Dadaşzadə Türkiyənin İstanbul şəhərində baş verən silahlı insident nəticəsində həlak olub.

Hadisə şəhərin Fatih rayonu ərazisində baş verib.

Belə ki, ötən gün iki qrup arasında çıxan atışma nəticəsində biri polis olmaqla 7 nəfər yaralanıb. Bunlardan biri də Kamran Dadaşzadə olub.

Münaqişə zamanı bir nəfərin polisin silahını götürərək qarşı tərəfə atəş açması kameraya əks olunub. Davaya müdaxilə etmək istəyən polis məmuru boyun və kürəyindən xəsarət alıb.

Təsadüf nəticəsində hadisə yerində olan K.Dadaşzadə baş nahiyəsindən güllə yarası alıb. O, dərhal xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, aktyorun həyatını xilas etmək mümkün olmayıb. Yaxınları Dadaşzadənin vəfat xəbərini təsdiqləyiblər.

O məşhur Türk serialı “Savaşçı” filmində rol alıb.

Hadisə yerində onlarla şübhəli insan saxlanılıb.

Əvvəlki məqalə

Meymunçiçəyi virusuna yoluxma halları idarə olunan səviyyədədir –

Sonrakı məqalə

30 il əvvəl “Qarabağ”da oynamış futbolçular “İmarət” stadionuna gedib –