F.Pərdəşünas İkinci Qarabağ Müharibəsi zamanı informasiya müstəvəsində könüllü kimi fəaliyyət göstərib.Erməni mediasında bir vaxtlar gündəm olan “Tavush Bot”un müəllifi və təsisçisidir.
Fərid Pərdəşünas zaman-zaman texnoloji savadlılıq və kibertəhlükəsizlik mövzularında ictimai çıxışlar edir.
2021-ci ildə Azərbaycanda qabaqcıl yüksək texnologiyaların və innovativ ideyaların tətbiqi ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində, həmçinin bu fəaliyyətin gənclər arasında təbliği və təşviqi sahəsində əldə edilmiş uğurlara görə Prezident mükafatına layiq görülüb.
Azərbaycan jurnalistlərinin 2022-ci ildə keçirilmiş VIII qurultayında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilib.
