“Azərbaycanlılar bizim qohumlarımızdır…” –İranın XİN rəhbəri "Bakı ilə birgə komitə yaradırıq" dedi

“Biz qonşularımızı özümüzə qohum hesab edirik və qohumluq münasibətlərini tənzimləyən prinsipləri yüksək qiymətləndiririk”.

Bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan çıxış edib. Onun bəyanatı İran Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.

“Bəzi məsələlərdə fikir ayrılıqları ola bilər, lakin qarşıya çıxan maneələri dəf etmək üçün hər iki tərəfdə ciddi iradə olması vacibdir”, – Abdullahiyan deyib.

İranın xarici işlər naziri azərbaycanlı həmkarı Ceyhun Bayramovla iki ölkə arasında münasibətlərin hərtərəfli inkişafı və anlaşılmazlıqların aradan qaldırılması üçün müsbət əlaqələri və məsləhətləşmələri davam etdirəcəyini bildirib: “Bu kontekstdə biz ictimai rəy və media məkanının daha yaxşı idarə olunması üçün ikitərəfli əməkdaşlığın artırılması və birgə komitənin formalaşdırılması barədə razılığa gəldik”.(Report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xəyyam Abdinova qarşı irəli sürlüən ittiham məlum olub

Sonrakı məqalə

DSX-nın hərbi qulluqçusu təlim zamanı həlak olub