Azəri-Çıraq” və “Şahdəniz”dən indiyədək 537 milyon ton neft çıxarılıb

İstismara veriləndən cari ilin iyunun 1-dək “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokundan və “Şahdəniz” qaz-kondensat yatağından 537 mln. tondan çox neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən  verilən məlumata görə, hesabat dövründə sözügedən yataqlardan 295,2 mlrd. kubmetr qaz hasil edilib.

Məlumata əsasən, dövr ərzində bu yataqlardan 538,6 mln. ton neft (kondensatla birlikdə) və 82,6 mlrd. kubmetr qaz ixraca nəql olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

5G texnologiyasını uğurla tətbiq edən ölkələr hansılardır? –

Sonrakı məqalə

“Azərişıq” 55 milyon manat zərər edib –