“Azərsığorta” şirkəti jurnalistlərlə görüş keçirib

Ölkənin qabaqcıl sığorta şirkətlərindən olan “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti Milli Mətbuatın yaranmasının 147-ci ili – Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün korporativ görüş təşkil edib.

Tədbirdə “Azərsığorta” şirkətinin nümayəndələri ilə yanaşı ölkənin tanınmış xəbər portalları və KİV nümayəndələrinin rəhbərləri iştirak edib.

Görüş zamanı media nümayəndələrinə “Azərsığorta” şirkətinin fəaliyyəti ilə bağlı görülən işlər və yeniliklər barədə məlumatlar verilib, həmçinin Şirkətin media ilə əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsinə dair müzakirələr aparılıb.

Tədbirin sonunda “Azərsığorta” şirkəti tərəfindən media nümayəndələrinə hədiyyələr təqdim olunmuş və xatirə fotosu çəkilib.

“Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti olaraq “22-iyul Milli Mətbuat Günü” münasibəti ilə bütün media nümayəndələrini təbrik edir, onlara məsuliyyətli və şərəfli peşələrində uğurlar arzulayırıq.

“Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti Cənubi Qafqazın ilk sığorta qurumu olaraq 21 oktyabr 1921-ci ildə Azərbaycan SSR-də yerli Dövlət Sığorta İdarəsi kimi fəaliyyətə başlayıb. 1991-ci ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə heyəti bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılıb.

Hazırda “Azərsığorta” brendi ilə fəaliyyətini uğurla davam etdirən “Azərsığorta” Dövlət Sığorta Şirkəti 36 növdə könüllü və icbari sığorta məhsulları üzrə xidmətlər təqdim etməklə respublikada geniş filial şəbəkəsinə malikdir.

Əvvəlki məqalə

Müavinətlər üzrə 398, təqaüdlər üzrə 264 milyon manat ödənilib

Sonrakı məqalə

II və III qruplar üzrə qəbul imtahanının nəticələri açıqlanıb