“Azərsığorta” yenidən təşkil olunacaq-Direktorlar Şurasının tərkibi təsdiqlənib (SƏRƏNCAM)

Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti “Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmanla müəyyən edilib ki, Cəmiyyət “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada sığorta fəaliyyətini həyata keçirən kommersiya hüquqi şəxsidir;

Fərmana əsasən, Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 3 (üç) üzvdən ibarət Direktorlar Şurası yaradılıb.

Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərsığorta” ASC-nin Direktorlar Şurasının tərkibi təsdiqlənib.

“Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının tərkibi təsdiq edilib.

Sərəncama əsasən, Direktorlar Şurası aşağıdakı tərkibdə təsdiqlənib:

Direktorlar Şurasının sədri

Azər Bayramov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Direktorlar Şurasının üzvləri

Xəyyam Məmmədov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini

Gündüz Əliyev – Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsi müdirinin müavini.

Əvvəlki məqalə

“Səudiyyə Ərəbistanı neft hasilatını gündəlik 13 milyon barelə çatdıracaq”

Sonrakı məqalə

“Azər-Türk Bank”ın idarəçiliyi Azərbaycan İnvestisiya Holdinqinə verildi –