18 sentyabr 1988-ci ildə ermənilər tərəfindən Xankəndində törədilən qırğınları unutmamışıq. Biz Xankəndi sakinləri olaraq düşmənlərə mesaj veririk ki, şanlı ordumuzun köməyi ilə Xankəndini lazımsız terrorçu ünsürlərdən təmizləyəcəyik.
Bunu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasında 1988-ci il 18 sentyabr tarixində Xankəndi şəhərində azərbaycanlılara qarşı ermənilərin kütləvi terror hərəkətlərinə həsr olunmu mətbuat konfransında deyib.
T.Gəncəliyev bildirib ki, Ermənistanın təcavüz siysətinin bitməsininə az qalıb: “Biz həmin terrorçulardan haqq-hesab soracağıq. Bu işğal müvəqqətidir, ermənilər işğal edilmiş torpaqlarda müvəqqətidir. Bizim istəyimiz qarşısında Ermənistanın və onun havadarlarının orduları güc gətirə bilməyəcəyik. Haqq bizim tərəfimizdədir. Biz öz torpaqlarımıza tezliklə geri qayıdacağımız barədə düşmənə açıq mesaj veririk”.