Azərbaycan 3 ayda xarici ölkələrə nə qədər qaz ixrac edib?-RƏQƏMLƏR

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 12,6 milyard kubmetr təbii qaz hasil edilib, bu da ötən ilin göstəricisinə bərabərdir.

Energetika Nazirliyindən verilən məlumata görə, hasil edilmiş qazın 3,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” blokunun, 6,9 milyard kubmetri “Şahdəniz”in, 0,4 milyard kubmetri “Abşeron” yatağının, 1,8 milyard kubmetri isə SOCAR-ın payına düşüb.

Məlumata əsasən, bu dövrdə xaricə qaz ixracı 6,5 milyard kubmetr təşkil edib, bu da 8,3% artım deməkdir.

“Bunun 3 milyard kubmetri Avropanın, 2,4 milyard kubmetri Türkiyənin (o cümlədən TANAP-la 1,5 milyard kubmetr), 0,8 milyard kubmetri Gürcüstanın, 0,3 milyard kubmetri isə Suriyayanın payına düşüb”, – məlumatda qeyd olunur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.