Azərbaycanda avtomobil icarəsi ilə bağlı yeni qaydalar hazırlanır

Azərbaycanda avtomobil icarəsi şirkətlərinin fəaliyyətinin tənzimlənməsi və bu sahədə əməliyyatların rəqəmsallaşdırılması istiqamətində normativ hüquqi akt layihələri hazırlanır.

Yeni yanaşma çərçivəsində avtomobil icarəsi xidmətlərinin daha şəffaf və effektiv təşkili, həmçinin bazarda vahid qaydaların tətbiqi nəzərdə tutulur.

Layihələr üzrə sənədlərin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə cari ilin sonuna qədər razılaşdırılması prosesi davam etdirilir.

Gözlənilir ki, qəbul ediləcək yeni tənzimləmələr avtomobil icarəsi bazarında xidmət keyfiyyətinin artırılmasına, əməliyyatların rəqəmsal mühitə inteqrasiyasına və istifadəçi məmnuniyyətinin yüksəldilməsinə töhfə verəcək. (Report)

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.