Azad edilmiş ərazilərin torpaq-iqlim şəraitinə uyğun olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ümumilikdə 160 hektara yaxın sahədə 121 min 420 ədəd ağac tingi əkilib, 3000 kiloqram palıd və Şərq çinarı toxumu səpilib, yerüstü su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 10 çay üzərində 11 hidroloji avtomat stansiya quraşdırılıb.
Bunu Füzuli Hava Limanının inzibati binasında keçirilən iclasda Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Ekoloji məsələlər üzrə işçi qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
O bildirib ki, hidroloji avtomat stansiyalarının məlumatları mütəmadi qaydada Milli Hidrometeorologiya Xidmətinin situasiya mərkəzinə ötürülərək təhlil olunur.