Azad edilmiş ərazilərdə daha 141 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (06.11.2023 – 12.11.2023) açıqlanıb.

ANAMA-dan verilən məlumata görə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 12 piyada əleyhinə mina, 129 tank əleyhinə mina, 317 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 527, 6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Əvvəlki məqalə

Gələn il orta aylıq əməkhaqqı 980 manata çatacaq

Sonrakı məqalə

2024-cü ilin dövlət büdcəsinin xərcləri 40 faizdən çox artıb