Azad edilmiş ərazilərdən metal toplayan şəxslər saxlanılıb – FOTO

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərdən qanunsuz olaraq metal tullantılar toplayan şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam RPŞ-nin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının birgə keçirdikləri tədbirlər nəticəsində Təzəkənd kəndi ərazisində nəzarət postunda Misir Alıyev, Şahmar Allahverdiyev, Pərviz Məmmədov və Ravel Süleymanovun idarələrində olan “Shacman” markalı yük avtomobili saxlanılıb. Avtomobilin yük yerinə baxış keçirilən zaman işğaldan azad edilmiş ərazilərdən qanunsuz olaraq topladıqları metal tullantılar aşkar edilib.

Əvvəlki məqalə

Şeyxülislam Avropa Şurasında keçirilən konfransda çıxış edib –

Sonrakı məqalə

“Bura uşaq bağçası deyil!” –