“Azad Laçın yeni intibah mərhələsinə qədəm qoyur” –HİKMƏT HACIYEV

“Prezident İlham Əliyevin siyasəti nəticəsində azad Laçın yeni intibah və inkişaf mərhələsinə qədəm qoyur”.

Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviterdəki hesabında yazıb.

“Prezident İlham Əliyevin siyasəti nəticəsində azad Laçın Ermənistanın işğalı altında 30 il davam edən vandalizmdən sonra yeni intibah və inkişaf mərhələsinə qədəm qoyur. Müasir şəhərsalma və inkişaf konsepsiyalarının bütün yeni elementləri Laçında tətbiq edilir”, – deyə Prezidentin köməkçisi qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.