“Azadlığımız təhlükədədir, müdafiə ittifaqı qurmağın vaxtıdır”- Von der Lyayen

Avropa İttifaqı silah və hərbi investisiyalar üçün vahid bazar yaratmaldır.

Azpost.info xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula von der Lyayen Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasında deyib.

Onun sözlərinə görə, Aİ-nin müdafiə birliyinin ilk ümumi hərbi layihəsi Avropa hava hücumundan müdafiə sistemi olmalıdır.

“Onilliklər ərzində ilk dəfədir ki, azadlığımız təhlükə altındadır. Avropanı müdafiə etmək Avropanın borcudur. Ona görə də tamhüquqlu Avropa müdafiə ittifaqı qurmağın vaxtıdır. Biz vahid Aİ müdafiə bazarı yaratmalı, ən son silah növlərinə birlikdə sərmayə qoymalı və Avropa müdafiə layihələri, məsələn, vahid Avropa hava hücumundan müdafiə sistemi, Avropa hava hücumundan müdafiə qalxanı yaratmalıyıq”, – Lyayen deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.