AzTV-nin əməkdaşları Nazirlər Kabinetini məhkəməyə verib

Nazirlər Kabineti məhkəməyə verilib.

Azpost.info xəbər verir ki, iddiaçılar Abdullayev Lətif İzzətoviç, Kərimov Rafiq Əli oğlu, Seyidzadə Elçin Mehdi oğlu, Hüseynov Fikrət Altay oğlu, Əliyev Adil İrşad oğl və Vəlizadə Lərif Niftəli oğlu adlı şəxslərdir.

İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən ibarətdir. Birinci instansiya iddianı təmin etmədiyinə görə adıçəkilən şəxslər apellyasiya şikayəti verib.

Şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Şərafət Məmmədovanın icraatındadır.

İddiaçılardan Lətif Abdullayevin adına ev alan jurnalistlərin siyahısında rast gəlinir. Məlum olur ki, o, AzTV-nin əməkdaşıdır. Başqa bir iddiaçı – Adil Əliyev də kifayət qədər tanınmış şəxsdir. O da vaxtilə AzTv-də çalışıb. Hazırda İRŞAD – Teleradio Verilişləri, Sənədli və Bədii Filmlər Kompaniyası” Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi və direktorudur.

Məhkəmə çəkişməsinin detalları barədə açıq mənbələrdə hər hansı məlumat yoxdur.

Hüseyn

Əvvəlki məqalə

Səttar Bəhlulzadənin əsərlərini 18 milyon dollara satan şəxs danışdı –

Sonrakı məqalə

MEDİA 2022-ci ilin yekunlarına dair hesabat konfransı keçirib